“CİTY PARK MALL HƏDİYYƏLƏR QAZANDIRIR” 2 TİRAJLI STİMULLAŞDIRICI LOTEREYANIN
KEÇİRİLMƏ ŞƏRTLƏRİ
1. LOTEREYA VƏ ONUN TƏŞKİLATÇISI BARƏDƏ MƏLUMATLAR
1.1. Lotereya təşkilatcısı barədə məlumat: Bu lotereya “BAKI-2012” MMC-nin tapşırığına əsasən “Admedia.az” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təşkil edilir.
1.2. Lotereya təşkilatçısının VÖEN-ni: 2002644161
1.3. Lotereya təşkilatçısının hüquqi ünvanı: AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi 2G
1.4. Lotereya təşkilatçısının əlаqə vasitələri:
Mobil: +994124961454
Rəsmi sayt: www.admedia.az
E-mail: info@admedia.az
Əlaqəli şəxs: Ağayev Şahin
1.5. Lotereyanın adı: “City Park Mall hədiyyələr qazandırır” 2 tirajlı stimullaşdırıcı lotereya (bundan sonra
“Lotereya”)
1.6. Lotereyanın keçirilmə forması: 2 tirajlı stimullaşdırıcı.
1.7. Lotereyanın keçirildiyi ərazi: Azərbaycan Respublikasının ərazisi.
1.8. Lotoreyanın obyekti: City Park Mall-da fəaliyyət göstərən bütün mağaza və iaşə obyektlərində (“Askona”, “Bravo” , “New Yorker”, “Super Step”, “Suvari”, “AltınYıldız”, “AVVA”, “The Body Shop”, “Rossmann”, “Penti”, “IN Street”, “Kuppeli”, “Derimod”, “Jimmy Key”, “Greyder”, “CoolClub”, “Mavi”, “LcWaıkıkı”, “Flo”, “Koton”, “Olivia”, “Hummel”, “Focus Optika”, “Miniso”, “Chi chi”, “Bebeto”, “A4”, “Dr.Kong”, “Super Toys”, “Aqat”, “Saat Store” mağazalarında, habelə, “Moc Coffee”, “Senior Mansimo”, “Çinici”, “Meat Salad”, “Zəncəfil”, “Flame”, “Kayseri Mutfağı”, “KFC”, “City Play”, (game zone) “City Play”, (Boulinq) “City Play”, (Uşaq Əyləncə) “Burger King”, “Trend food”, “Berlin Dönər”, “Qoç ət”, “Fasttrack by Zancafil”, “Coffeemania Next”, “Kulinarium”, “Portal Game”, “Sushi Club”, “Pizza Hut” iaşə obyektlər) olan bütün məhsullar və xidmətlər.
1.9 Lotereyada tütün məhsulları iştirak etmir. Şəxs City Park Mall-da yerləşən hər hansı mağazadan mal və xidmət (restoran xidməti və s.) aldığı zaman aldığı məhsulların içərisində tütün məhsulları olarsa, bu zaman həmin məhsulların qiyməti 40 AZN-lik alış-verişin içərisində nəzərə alınmayacaq. Misal üçün: Yəni ümumi xidmət və ya mal 55 AZN təşkil etsə, tütün məhsulu 17 AZN təşkil etsə = 28 AZN bu zaman lotereya biletinin əldə edilməsi üçün əlavə 2 AZN-lik alış-veriş etmək zərurəti yaranacaqdır.
1.10 Onlayn alış-verişə dair hər hansı ödəniş təsdiqedici sənəd (çek, qəbz və s.) lotereya bileti kimi qəbul edilmir və oyunlarda iştirak hüququ vermir. Müştəri lotereya biletini yalnız fiziki olaraq alış-veriş edərək əldə edə bilər. Fiziki alış-veriş faktını təsdiq edən çek və ya qəbz təqdim olunmadığı halda, lotereya bileti müştəriyə verilməyəcək. Lotereya oyununda qalib gələn iştirakçı mükafatı almaq üçün fiziki alış-veriş zamanı əldə etdiyi lotereya biletini və alış-veriş faktını təsdiq edən çek/qəbzi təqdim etməlidir. Çekin və ya qəbzin təqdim olunmaması mükafatın verilməsindən imtina üçün əsas hesab edilə bilər. Təqdim edilən lotereya bileti və alış-veriş çeki üzərində hər hansı zədələnmə, saxtalaşdırma və ya uyğunsuzluq aşkar edildiyi halda, mükafatın ödənilməsindən imtina edilə bilər.
2. LOTEREYANIN KEÇİRİLMƏ MÜDDƏTİ, LOTEREYADA İŞTİRAK HÜQUQUNUN ƏLDƏ EDİLMƏSİ QAYDASI.
2.1. 20 Mart 2025 – 20 İyun 2025 tarixlərində lotereya şərtlərinin 1.8 bəndində qeyd edilən məhsulları satın alan şəxslər bu lotereyada iştirak edə bilərlər. Lotereyada iştirak etmək istəyən 18 yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilərlər.
2.2. Lotereya şərtlərinin 1.8-ci bəndində qeyd edilən City Park Mall-da fəaliyyət göstərən bütün mağaza və iaşə obyektlərində hər gün hər 40 manatlıq məhsul və ya xidmət alan şəxs lotereyada iştirak şansı qazanır. Lotereya şərtlərinin 1.8-ci bəndində qeyd edilən mağaza və iaşə obyetlərindən edilən hər 40 manatlıq alış-veriş bir şans qazandırır. (Misal üçün, City Park Mall-da fəaliyyət göstərən mağaza və ya iaşə obyektlərində Şəxs 84 AZN-lik ümumi alış-veriş edirsə, bu halda lotereya iştirakçısı 2 şans qazanır. Lotereyanın təşkil edildiyi tarixdə həmin şəxs City Park Mall-da fəaliyyət göstərən və lotereya şərtlərinin 1.8-ci bəndində qeyd edilən mağaza və iaşə obyektlərində aldığı hər 40 manatlıq alış veriş qədər lotereyada iştirak şansı qazanır. Şəxs lotereya müddətində əgər 25 manatlıq alış verişi edib, daha sonrakı günlərdə minimum 22 manatlıq alış-veriş edirsə, bu halda qəbzlərin məbləği toplanmır)
2.3. Lotereya bileti elektron unikal 16 rəqəmli kod (Misalçün 2739-1709-6519) formasındadır. Həmin kod “Bakı-2012” MMC-‘ məxsus elektron sistem vasitəsilə müştərinin təqdim etdiyi qəbz əsasında formalaşır. Lotereya bileti elekton qaydada sistem vasitəsilə formalaşır. Lotereya biletini formalaşdırarkən City Park Mall-da fəaliyyət göstərən qeydiyyatçı operator müştəridən ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, fin kodu, ünvanı, telefon nömrəsi, qəbzin üzərindəki fiskal id-ni tələb edir, xüsusi kamera vasitəsilə müştərinin şəklini çəkir və müvafiq elektron sistemə daxil edir. Sistemə uğurla daxil edildikdən sonra lotereya iştirakçısına unikal lotereya bilet nömrəsini çap edərək təqdim edilir. Lotereyada iştirak etmək istəyən şəxs City Park Mall-da lotereya tarixi müddətində minimum 40 manatlıq alış veriş etdikdən sonra City Park Mall-un Babək prospekti tərəfdən əsas girişində birinci mərtəbədə yerləşən operatora yaxınlaşmalı və alış-veriş qəbzini təqdim etməlidir. Qəbz yoxlanıldıqdan sonra həmin şəxsə lotereya bileti təqdim edilir.
2.4. Uduşun alınması zamanı loteraya qalibi lotereya şərtlərinin 5.1 bəndində qeyd olunan sənədi təqdim edə bilmədikdə uduşu almaq hüququnu itirir və uduş lotereya təşkilatçısının sərəncamında qalır.
3. LOTEREYANIN UDUŞ FONDU
3.1 Lotereyanın uduş fondu tirajın uduş fondu oynanılmamışdan əvvəl formalaşdırılır. Lotereyanın uduş fondu aşağıdakılardan ibarətdir:
Yeni, 2024-cü il istehsalı “Toyota Corolla" avtomobili-Ağ rəngli sadə komplektasiya 1 (bir) ədəd –1 (bir) ədədi 35,000 azn olmaqla ümumilikdə 35,000 azn dəyərində;
Yeni "Smartfon iphone 16 pro, 128GB Ağ Titanium" – 4 (dörd) ədəd- 1 (bir) ədədi 3,000 azn olmaqla ümumilikdə 12,000 azn dəyərində;
Yeni “Tablet Xiaomi Pad pro 256GB Qara”– 4 (dörd) ədəd - 1 (bir) ədədi 650 azn olmaqla ümumilikdə 2,600 azn dəyərində;
Yeni “Apple Airpods 4”– 4 (dörd) ədəd – 1 (bir) ədədi 470 azn olmaqla ümumilikdə 1,880 azn dəyərində;
Yeni “Apple Watch Series 10 GPS 46mm”– 4 (dörd) ədəd – 1 (bir) ədədi 1,110 azn olmaqla ümumilikdə 4,440 azn dəyərində ;
Yeni “Televizor SAMSUNG UE43CU8000U” -4 (dörd) ədəd – 1 ədədi 700 azn olmaqla ümumilikdə 2,800 azn dəyərində;
Yeni “Paltaryuyan maşın SAMSUNG WW70T3020BW/LP” – 4 (dörd) ədəd – 1 ədədi 680 AZN olmaqla ümumilikdə 2,720 azn dəyərində;
“Abu Dabi istirəhəti, 2 nəfərlik aviabilet, 7 gecəlik 4 ulduzlu oteldə 2 nəfərlik gecələmə, hava limanı transfer, 2 nəfərlik səyahət sığortası” – 2 (iki) ədəd, 1 ədədi 5000 azn olmaqla, ümumilikdə 10,000 azn dəyərində
3.2 Lotereyada qeyd edilən uduşların pul ekvivalenti ödənilmir.
4. LOTEREYANIN UDUŞ FONDUNUN (TİRAJIN) OYNANILMASI QAYDASI
4.1. Lotereya 2 (iki) tirajdan ibarətdir və onun birinci uduş fondunun oynanılması 30 Aprel 2025-ci il tarixində City Park Mall-a məxsus instagram sosial media hesabında https://www.instagram.com/citypark.mall/ canlı yayım formasında, ikinci tirajının oynanılmasını isə 23 İyun 2025-cü il tarixində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küç. 2 ünvanında Xəzər Televiziyasında canlı olaraq keçiriləcək və lotereya şərtlərinin 6.1-ci bəndində qeyd edilən sosial şəbəkə hesablarında yayımlanacaqdır. Lotereya müddətindi birinci tirajda 20 Mart 2025-ci il-25 Aprel 2025-ci il tarixinə qədər qeydə alınan lotereya biletləri, ikinci tirajda isə 20 Mart 2025-ci il-20 İyun 2025-ci il tarixlərində qeydə alınan lotereya bilet nömrələri oynanılır. Lotereyanın birinci tirajında qalib gəlmiş şəxsin adı lototrondan ikinci tirajın oynanılması zamanı çıxarsa, bu halda həmin şəxsə ikinci hədiyyə təqdim edilmir və eyni hədiyyə təkrar oynanılır.
4.1.1. Tiraj zamanı lotereyada iştirak etmiş müştərilərə məxsus lotereya şərtlərinin 2.3-cü bəndində qeyd edilən unikal kodlar və qarşısında iştirakçıların adı olan vərəqlər bükülmüş vəziyyətdə (lotereya zamanı şəxs 15 ədəd şans əldə etmişdirsə, hər 15 şans üçün City Park Mall-a məxsus elektron sistem vasitəsilə generasiya edilmiş unikal kod vərəqə çap edilərək lototrona daxil ediləcəkdir) xüsusi lototrona yerləşdiriləcək, qarışdırılacaq və ardıcıl olaraq lototrondan çıxarılacaq.
Hər iki uduş fondunun oynanılması zamanı biletlər növbəliliklə qutudan çıxarılır. Birinci uduş fondunda öncədən uduş fondu diqqətə çatdırılmaqla növbəliliklə
Yeni “Apple Airpods 4”– 2 (iki) ədəd – 1 (bir) ədədi 470 azn olmaqla ümumilikdə 940 azn dəyərində;
Yeni “Tablet Xiaomi Pad pro 256GB Qara”– 2 (iki) ədəd - 1 (bir) ədədi 650 azn olmaqla ümumilikdə 1,300 azn dəyərində;
Yeni “Paltaryuyan maşın SAMSUNG WW70T3020BW/LP” – 2 (iki) ədəd – 1 ədədi 680 AZN olmaqla ümumilikdə 1,360 azn dəyərində;
Yeni “Televizor SAMSUNG UE43CU8000U” -2 (iki) ədəd – 1 ədədi 700 azn olmaqla ümumilikdə 1,400 azn dəyərində;
Yeni “Apple Watch Series 10 GPS 46mm”– 2 (iki) ədəd – 1 (bir) ədədi 1,110 azn olmaqla ümumilikdə 2,220 azn dəyərində ;
Yeni "Smartfon iphone 16 pro, 128GB Ağ Titanium" – 2 (iki) ədəd- 1 (bir) ədədi 3,000 azn olmaqla ümumilikdə 6,000 azn dəyərində;
“Abu Dabi istirəhəti, 2 nəfərlik aviabilet, 7 gecəlik 4 ulduzlu oteldə 2 nəfərlik gecələmə, hava limanı transfer, 2 nəfərlik səyahət sığortası” – 1 (iki) ədəd, 1 ədədi 5000 azn olmaqla, ümumilikdə 5,000 azn dəyərində; oynanılır.
İkinci uduş fondunda öncədən uduş fondu diqqətə çatdırılmaqla növbəliliklə
Yeni “Apple Airpods 4”– 2 (iki) ədəd – 1 (bir) ədədi 470 azn olmaqla ümumilikdə 940 azn dəyərində;
Yeni “Tablet Xiaomi Pad pro 256GB Qara”– 2 (iki) ədəd - 1 (bir) ədədi 650 azn olmaqla ümumilikdə 1,300 azn dəyərində;
Yeni “Paltaryuyan maşın SAMSUNG WW70T3020BW/LP” – 2 (iki) ədəd – 1 ədədi 680 AZN olmaqla ümumilikdə 1,360 azn dəyərində;
Yeni “Televizor SAMSUNG UE43CU8000U” -2 (iki) ədəd – 1 ədədi 700 azn olmaqla ümumilikdə 1,400 azn dəyərində;
Yeni “Apple Watch Series 10 GPS 46mm”– 2 (iki) ədəd – 1 (bir) ədədi 1,110 azn olmaqla ümumilikdə 2,220 azn dəyərində ;
Yeni "Smartfon iphone 16 pro, 128GB Ağ Titanium" – 2 (iki) ədəd- 1 (bir) ədədi 3,000 azn olmaqla ümumilikdə 6,000 azn dəyərində;
“Abu Dabi istirəhəti, 2 nəfərlik aviabilet, 7 gecəlik 4 ulduzlu oteldə 2 nəfərlik gecələmə, hava limanı transfer, 2 nəfərlik səyahət sığortası” – 1 (iki) ədəd, 1 ədədi 5000 azn olmaqla, ümumilikdə 5,000 azn dəyərində;
Yeni, 2024-cü il istehsalı “Toyota Corolla" avtomobili-Ağ rəngli sadə komplektasiya 1 (bir) ədəd –1 (bir) ədədi 35,000 azn olmaqla ümumilikdə 35,000 azn dəyərində; oynanılır.
4.2. Qalib tərəfindən uduşun alınması hüququnun üçüncü şəxslərə güzəşt edilməsinə yol verilmir.
4.3. Təşkilatçı uduş fondunun oynanıldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq kütləvi informasiya vasitələrində və internet saytında məlumat dərc edir.
4.4. Lotereyada iştirak etmiş və qalib olmuş şəxslərlə City Park Mall-a məxsus elektron sistemdə qeydiyyat zamanı daxil etdilən telefon nömrəsi ilə əlaqə saxlanılacaq və məlumat təqdim ediləcək.
4.5 Lotereyanın hər iki tirajında bir dəfə hədiyyə qazanmış şəxs növbəti dəfə hədiyyə qazanma şansını itirir. Əgər şəxsin hər hansı tirajda iki və daha çox dəfə adı lototrondan çıxarsa, bu halda ilk dəfə qazanmış hədiyyə ona təqdim edilir.
5. UDUŞLARIN VERİLMƏSİ (ÖDƏNİLMƏSİ) QAYDASI VƏ MÜDDƏTİ
5.1. Təşkilatçı tərəfindən uduşların verilməsi üçün müraciətlərin qəbulu uduş fondu oynanıldıqdan 1 (bir) iş günü sonra başlayaraq 90 (doxsan) iş günü ərzində davam edir. Uduşun verilməsi (ödənilməsi) üçün müraciətlər lotereya tapşırıq verənin olduğu yerdə - Bаkı şəhəri, Xətai Rayonu, Babək prospekti giriş 146, AZ1025 ünvanında yerləşən “CityPark Mall” ofisində qəbul ediləcəkdir. Uduş uduşlu unikal kodun sahibinin şəxsiyyətini təsdiq edən sənəd və uduşlu lotereya bileti təqdim edildikdən sonra verilir.
5.2. Bu Şərtlərdə nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsi və uduşlu biletlə müraciət edildikdən sonra 30 (otuz) iş günündən gec olmayaraq Uduş sahibinə təqdim olunacaqdır. Əgər uduşlu biletin sahibi ona məlumat veriləndən 30 (otuz) iş günü ərzində hədiyyəsini almaq üçün lotereya şərtlərinin 5.1-ci bəndində qeyd edilən ünvana gəlmədikdə bu halda uduşdan imtina kimi dəyərləndirilir və həmin hədiyyə lotereya təşkilatçısına qalır.
6. LOTEREYA BARƏDƏ MƏLUMATLANDIRMA
6.1. Lotereyanın şərtləri, həmçinin tirajların uduş fondunun oynanılmasının nəticələri və lotereya ilə bağlı məlumatlar www.lotereya.citypark.az rəsmi veb səhifəsində və https://www.instagram.com/citypark.mall/ instagram sosial media hesabında yerləşdiriləcək.
7. YEKUN MÜDDƏALAR
7.1. Bu şərtlər lotereya iştirakçılarının tanış ola bilməsi üçün Təşkilatçının rəsmi saytında (www.lotereya.citypark.az) açıqlanır.
7.2. Lotereyanın iştirakçısı tərəfindən lotereyanın keçirilmə şərtlərinin 2.1, 2.2, 2.3 və 2.4 bəndində qeyd edilən şərtlərin pozulması, və ya İştirakçı tərəfindən hazırkı Şərtlərin icrasından imtina (o cümlədən Lotereyanın keçirilməsi və/və ya uduşun əldə olunması, qaydası və müddəti ərzində) İştirakçı tərəfindən Lotereyada iştirakdan imtina kimi hesab ediləcək.
7.3. Bu Şərtlərdə öz əksini tapmamış digər məsələlər lotereyalar haqqında mövcud qanunvericiliyə uyğun olaraq tənzimlənir.
7.4. Qaliblərin siyahısı və onlar haqqında məlumatlar tirajdan sonra Təşkilatçının rəsmi saytında (www.lotereya.citypark.az ) dərc ediləcəkdir.
7.5. Lotereyanın keçirilməsi ilə təşkilati və digər məsələlərin həlli üzrə məsul şəxs “Admedia.az” MMC-nin marketinq şöbəsinin rəhbəri Ağayev Şahin (əlaqə telefonu: +994124961454, email: info@admedia.az)